iki dovşan dalınca qaçmaq

Lit. to run after two hares гнаться за двумя зайцами
İki dovşan dalınca qaçan, heç birini tuta bilməz.
iki dünya bir olsa ...
OBASTAN VİKİ
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi. Dovşanların əksər növü torpaqlarda "burovz" və "vorenz" adlanan deşiklər qazır. Birincisi daha sadə, fərdi yuvalardır. İkincisi isə bir-birinə bağlı yuvalar şəbəkəsidir, çoxlu girişləri və keçidləri olur. Dovşanların 360 dərəcə və eyni zamanda gecə görmə qabiliyyəti var, başlarını çevirmədən arxada nə olduğunu görə bilirlər. Dovşanların hamiləlik müddəti təxminən 28-31 gün çəkir. Dovşanlar 6-8 arası bala doğur. Erkək dovşana "bak", dişi dovşana "do" deyilir. Doğuş prosesinə ingiliscə "kindlinq" deyilir.
Boz dovşan
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Dovşan (bürc)
Dovşan (lat. Lepus) — göyün cənub yarımkürəsində bürc.
Dovşan adası
Tavşan adası və ya Balıkçı adası (türk. Tavşan Adası, yun. Νέανδρος, Neandros adası) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Ada Böyükadadan 2 km cənubda yerləşir. Eni 90 metrdir. Ölçülərinin kiçikliyi səbəbindən yaşayış yoxdur. Ada Bizans imperiyası dönəmində dovşan ovunda istifadə edildiyindən bu cür adlanır. Adada bir məbədin qalıqlarını müşahidə etmək olar. Aκύλα Μήλλα: "Πριγκηπόνησα", εκδ. "ΤΑ ΝΕΑ", 2008.
Dırmanan dovşan
Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎 —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920). Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır. Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir.
Vallabi-dovşan
Vallabi-dovşan (lat. Lagorchestes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
Ağ Dovşan (personaj)
Ağ Dovşan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Ağ Dovşanın sayəsində Alisa "Möcüzələr ölkəsi"nə düşür.
Dəcəl Dovşan (1981)
Balacalar üçün nəzərdə tutulmuş bu film əsrarəngiz təbiət mənzərələri və bir sıra sərgüzəştlərlə zəngindir. Filmdə öz nadincliyi, şıltaqlığı və ərkəsöyünlüyü ilə seçilən, başqalarını tez-tez narahat etməkdən, incitməkdən zövq alan dəcəl dovşan balası haqqında söhbət gedir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Hikmət Ziya Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Əsgər Məmmədov, Reyn Raydme Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı : Vahid Talıbov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Tamkənaryarpaq Dovşan alması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Dovşan Piter (film)
Dovşan Piter (ing. Peter Rabbit) — eyniadlı uşaq kitabı personajı əsasında çəkilmiş 2018-ci ilin komediya filmi. Dovşan Peter 3 bacısı və kuzeni Berjamin ilə birlikdə yaşayır. Günlərini Mkqreqorun bağından meyvə-tərəvəz oğuramaqla keçirirlər. Qalan vaxtlarını isə yaxınlıqda yaşayan, dovşanların və təbiətin şəkillərini çəkən Bi ilə keçirirlər. Peterin atası Mkqreqor tərəfindən öldürüldükdən və anası öldükdən sonra Bi dovşanlara analıq etməyi öz üzərinə götürür. Bir gün Peteri tutmaq istəyən Mkqreqor ürək tutmasından ölür. Dovşan Peter isə iddia edir ki, Mkqriqoru o öldürüb. Mkqreqor öləndən sonra Peter bütün heyvanları evə dəvət edir və heyvanlar evi ələ keçirir. Bu sırada Mkqriqorun gərgin, idarə etəyi sevən Londonda yaşayan böyük qardaşı oğlu Tomas oyuncaq firmasında işləyir və müdir köməkçisi vəzifəsinə yüksələcəyini gözləyir.
Doxsan iki
Doxsan iki — say sistemində ədədlərdən biridir. Doxsan birdən sonra, doxsan üçdən əvvəl gəlir. Doxsan iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş iki
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
İki adası
İki (yap. 壱岐島) — Yaponiyaya məxsus olan Tsuşima boğazında yerləşən ada. Kyuşu adasından 20 km aralıda yerləşir. İnzibati cəhətdən Naqasaki prefekturası ərazisində yerləşir. Əsas yaşayış məntəqəsi İki şəhəridir. İki vulkan məşəlli ada olub Tsuşima adası ilə Kyusyu adası arasında yerləşir. Adanın sahəsi 138,5 km², şimaldan cənuba olan məsafə 17 km, şərqdən qərbə olan məsafə 15 km təşkil edir. Ən hündür nöqtəsi 213 m olan Takenosuci vulkanıdır. Sonuncu püskürmə 0,6–0,9 milyon il öncə püskürmüşdür. İsti Kurisio cərəyanının təsirinə məruz qalır.
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
İki nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarında. Məs.: Dilçilik: problemlər və mülahizələr.
İyirmi iki
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
İki sahil
"iki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin Baş redaktoru Vüqar Rəhimzadədir. Azərbaycan mətbuatının formalaşmasında öz yeri olan "iki sahil" qəzetinin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb. "iki sahil" qəzeti nəşrə başladığı dövrdən bir missiyanı yerinə yetirib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın Ulu Öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur "91-lər"in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri "iki sahil" olub. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində "iki sahil" qəzeti haqqında deyib: Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun olaraq atdığı addımlar; Prezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə ehtiva edən siyasəti nəticəsində qazanılan uğurlar; SOCAR-ın və onun strukturlarının gördüyü işlər; Qəzet SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. "İki sahil" şirkətin və onun strukturlarının həyata keçirdiyi tədbirləri, nəticələrini operativ şəkildə ictimaiyyətə çatdırır. "İki sahil" qəzetinin nəşrə başlamasından 30 il ötür". report.az.
İki qüllə
İki qüllə — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən ikincisi. Ondan əvvəl "Üzük qardaşlığı", ardınca isə "Kralın qayıdışı" gəlir. Cildin adı qeyri-müəyyəndir, çünki hekayədə beş qüllənin adı çəkilir və Tolkin özü iki qüllənin ziddiyyətli identifikasiyalarını vermişdir. Narrativ qarışıqdır və bu, Tolkinə məzmunu şübhə və sürpriz içində qurmağa imkan verir. Cild əsasən tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Onlar bunu həyəcanlı və cəlbedici hesab etmişdilər. Burada epik povesti qəhrəmanlıq romantikası ilə birləşdirilmişdir.